03.04.2025
03 aprel 2025-ci il tarixində Ağstafa rayon mədəniyyət müəssisələri şəhər bir saylı Folklor evində “Aprel döyüşləri şanlı tariximizdir” adlı tədbir keçirib. Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndəlıri, 44 günlük Vətən müharibəsini qaziləri Ələkbərov Nicat Təhsin oğlu və Məmmədov Murtuzəli Vaqif oğlu iştirak edib. Vətən torpaqlarının azadlığı uğrunda canını fəda etmiş Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə cıxış edənlər böyük Zəfərin başlanğıcı olan, tariximizə “Dördgünlük müharibə” adı ilə düşən şərəfli Aprel döyüşləri haqqında ətraflı məlumat veriblər. Müzəffər Ali baş Komandan İlham Əliyevin “Aprel döyüşləri bizim şanlı qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir!” qiymətli fikirlərini nəzərə çatdırmaqla bildiriblər ki, Vətən yolunda qurban gedən Şəhidlərin müqəddəs xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Tədbirdə çıxış edən qazilərimiz müharibə zamanı keçdikləri cətin və şərəfli həyat yollarından danışaraq bildiriblər ki, Şanlı Aprel qələbəsində Vətən uğrunda canlarını fəda etmiş hər bir Vətən oğlunun adı bizim üçün müqəddəsdir, onların ruhu daima biz qazilərin qəlbimdə yaşayacaq.
Sonda “ Aprel döyüşləri bizim şanlı tariximizdir” adlı sərgiyə baxış keçirilib.